Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı son vaxtlar yayılan şaiyələrə münasibət bildirib.
Komitə sədri qeyd edib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir.
"Bir çox ölkələrdə gömrük orqanları müstəqil, bəzi ölkələrdə isə hansısa qurumun tərkibindədir. Gömrükçülər bu ölkənin əsgərləridir - nə qərar verilsə, onu icra edəcəyik", - deyə DGK sədri bildirib. /"Report"

Şərhlər
A.Əliyevdən qəflətən soruşsalar ki,Siz Gömrükdə hansı vəzifədəsiniz ...çaşıb qalacaq.O Hələdə özünü Gömrükdə birinci şəxs hesab eləmir.Ona görə Gömürüyü hara birləşməsi ona az təsir edər..Bəlkə də heç vecinə də olmaz.
Gör bu adam nəqədər varlanıb və bir komitə sədri kimi özünü səlahiyətlərini anlamır ki,hətta hökumətə necə qərar qəbul etmək məsləhəti verir.Ümumiyyətlə,bu komitənin Vergilər Nazırliyinə birləşməsi tamamilə məqsədə uyğundur.Gomrük qapılarında alınan rüsumlar bir başa Vergilər Nazirliyinin büdcəsinə daxil olar (şəffaf formada)və nazirlikdə bunun hesabatını verər Dövlət də bu pulun xərclənmə şəffaflığını təmin edər.Belə olarsa əmək haqları,pensiyalar artar və korrupsiya mənbəi olan"KONVERT"lər də ləğv olunar.
Aydın Əliyevlə ölkəmizin Əbədiyaşar Baş Prokuroru Zakir Qaralov yaxın tələbə yoldaşlarıdırlar. Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyini birləşdirib onları yeni quruma rəhbər qoysalar yaxşı olardı. Çünki onların hər ikisi uzun müddətdir ki, köhnə vəzifələrində yapışıb qalıblar.
A.Əliyev demək istəyir ki,hökumət qərarlarını təhlil etmədən verir.
Bunun sifətinnən milyardlar yagir .Şokdadi fikirləşir tepocqadan negə cixım! Halal olsun prizidentimizə belə qorxallar.