Menu

Keçmiş nazirin müalicəsini dövlət üzərinə götürdü

07.07.2014, 08:35
Keçmiş nazirin müalicəsini dövlət üzərinə götürdü

Gələn həftə Firudin Cəlilov Türkiyənin Bayandır Xəstəxanasında əməliyyat ediləcək

Sabiq təhsil naziri Firudin Cəlilov Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Bu haqda Ümid Partiyası sədrinin müavini Ramin Hacılı Facebook səhifəsində yazıb.

"Dövlət Firudin Cəlilovun müalicəsini öz üzərinə götürüb. Gələn həftə isə o, Türkiyənin Bayandır Xəstəxanasında əməliyyat ediləcək. Bir daha göstərdikləri diqqətə görə mediamıza, yazarlara, dövlətimizə, xüsusən də cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”, - deyə Ramin Hacılı bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol