Rusiyanın XİN başçısı Sergey Lavrovun fikrincə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriyada kürdlərə yönəlik davranışı onu göstərir ki, Vaşinqton ya buradakı vəziyyəti anlaya bilmir, ya da şüurlu surətdə təxribat törədir.
«Suriyanın Türkiyə və İraq sərhədləri boyunca ABŞ-ın hansısa bir təhlükəsizlik qüvvələri yaratmaq barədə elan etdiyi niyyət Suriyanın daxili işlərinə kobud şəkildə müdaxilədir. Ardınca, çox sürüşkən təkzib səsləndi, ancaq bu fəaliyyət (sərhədlərin nəzarət altına alınması) fakt olaraq davam etdirildi. Bu, ya situasiyanı anlaya bilməməkdir, ya da şüurlu təxribatdır» - «AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Lavrov bəyan edib.
Rusiya Federasiyası xarici işlər naziri onu da bəyan edib ki, Moskva, Birləşmiş Millətlər Təşkilatından (BMT) ABŞ başda olmaqla, beynəlxalq koalisiyanın Rakkaya hücumların nəticələrinə diqqət yetirməyi tələb edir.
«Kifayət qədər nümayişkəranədir ki, onlar İdlib və Şərqi Quta yönəlik həyəcan təbili çalanda, beynəlxalq koalisiyanın Rakka əməliyyatına heç cür diqqət yetirmək istəmirlər. BMT-nin, Təhlükəsizlik Şurasının buna diqqət yetirməsini israrla tələb edirik» - deyə, diplomat əlavə edib.


Şərhlər
Kor kora lag etmese bagrı bartlar ay serqey bir öznüz töretdiyniz işlerden danışın qarabax abxazya krım ve sayre sonra danış vijdansıs