Menu

Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürüb

22.01.2018, 14:56

1387457708Konstitusiya-Mehkemesi-hakimlerKonstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş T.Əsədullayevin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun fevralın 15-nə təyin edilmiş iclasında baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol