«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bağdadda İraqın Baş naziri Haydar əl-Əbadi ilə görüşündə bəyan edib ki, ölkəsi İraqın bütövlüyünün və sabitliyinin saxlanmasını dəstəkləyir və onun bərpasına köməklik göstərməyə hazırdır.
«Cənab Çavuşoğlu Türkiyə tərəfindən İraqın bütövlüyünün və bu ölkədə sabitliyin dəstəkləndiyini bəyan edib. O, həm də Türkiyə şirkətlərinin İraqın bərpası layihələrində iştirak etdiyini təsdiqləyib və İranın Baş nazirini Türkiyəyə səfərə dəvət edib» - deyə, İraq hökuməti dəfərxanasının başçısı bidirib.
Kommünikedə göstərilir ki, danışıqların gedişində tərəflər «bölgədəki son hadisələri, terrorçuluqla mübarizəni, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini, neft və nəqliyyat sahəsində iqtisadi və ticari münasibətləri müzakirə ediblər».
Ötən bazar günü Çavuşoğlu İraq parlamentinin nümayəndələr Şurasının spikeri Səlim əl-Cuburi ilə də görüşüb. Sonuncunun dəftərxanası xəbər verir ki, görüşdə «təhlükəsizlik məsələlərinə və bölgədəki vəziyyətə, birgə əməkdaşlığın perspektivlərinə toxunulub».


Şərhlər