Menu

Bakıda gənc oğlan özünü asıb

23.01.2018, 10:15
Bakıda gənc oğlan özünü asıb

Bakının Sabunçu rayonunda intihar hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Əliyev Əmrah Əfqan oğlu yaşadığı evdə özünü iplə asaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ə.Əliyev ruhi əsəb xəstəliyindən əzab çəkirmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol