Menu

Ağsu sakini özünü asaraq intihar edib

23.01.2018, 23:45
Ağsu sakini özünü asaraq intihar edib

Ağsu rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin Nizami küçəsindəki 12 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1951-ci il təvəllüdlü Abuzərov Ramiz Təvəkkül oğlu yaşadığı evin həyətindəki yardımçı tikilinin çardağından özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol