Menu

Polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib

24.01.2018, 16:37
Polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib

Şəki rayonunda polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov hələlik bilinməyən səbəblərdən yüksək miqdarda sirkə turşusu içib. E.Rəsulov zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxansına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, onun vəziyyəti ağır olduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib: "Zəhərlənən şəxsə həkimlər tərəfindən intensiv müdaxilələr edilib. Xəstənin vəziyyəti ağırlaşacağı təqdirdə Bakıdakı xəstəxanalardan birinə köçürüləcək".

Qeyd edək ki, E.Rəsulov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol