«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampı Suriyadakı silahlı kürd terrorçularına köməyi dayandırmağa çağırıb.
Türkiyə lideri Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə istinad edərək, ölkəsinin özünümüdafiə haqqına malik olduğunu bəyan edib.
Bununla bərabər, telefon danışığı zamanı ABŞ Prezidenti Tramp da türk həmkarını münaqişənin gərginliyini azatmağa və Suriyanın Afrin rayonunda hərbi əməliyyatları məhdudlaşdırmağa çağırıb. Ağ Evə istinadla, bu barədə xəbəri «Röyter» agentliyi yayıb.
ABŞ Prezidentinin sözlərinə görə, bu bölgədə zorakılıq iki ölkənin Suriyadakı ümumi məqsədlərinə zərbə vura bilər.


Şərhlər