Menu

Metroda gənc oğlan qatar yoluna düşərək qaçmağa başlayıb - VİDEO

25.01.2018, 20:49
Metroda gənc oğlan qatar yoluna düşərək qaçmağa başlayıb - VİDEO

Bakıda gənc oğlan metroda qatar yoluna tullanaraq qaçmağa başlayıb.

Musavat.com xəbər verir ki, hadisə "İnşaatçılar" stansiyasında baş verib.

Şəmkir rayonu sakini 1992-ci il təvəllüdlü Tamerlan Ələsgərov özünü qatar xəttinə ataraq, üzü "Elmlər Akademiyası" stansiyası istiqamətində qaçmağa başlayıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qatarların hərəkəti dayandırılıb. Daha sonra şəxs hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən yaxalanıb.

N.Paşatev qeyd edib ki, hadisədə hər hansı intihar məqsədi olmadığı görünür.

Olayın təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol