Menu

"Türkiyə Suriyada qüvvədən proporsional şəkildə istifadə etməlidir" - NATO-nun baş katibi

25.01.2018, 21:37

yens-stoltenberqTürkiyə Suriyada qüvvədən proporsional şəkildə istifadə etməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Bütün ölkələr kimi, Türkiyə də özünümüdafiə hüququna malikdir. Lakin biz istərdik ki, bu proporsional və düşünülmüş şəkildə olsun”- deyə Yens Stoltenberq Madriddə səfəri çərçivəsində jurnalistlərə bildirib.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol