Menu

K-1 döyüşçüsü Zabit Səmədov dünyanı heyrətə gətirdi

07.07.2014, 13:53
K-1 döyüşçüsü Zabit Səmədov dünyanı heyrətə gətirdi

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov növbəti döyüşünü keçirib. Qroznıda baş tutan turnirdə soydaşımız Zabit Səmədov K-1 üzrə super döyüşdə rinqə çıxıb.

Onun rəqibi Almaniyanı təmsil edən Stefan Leko olub. Görüş cəmi 12 saniyə davam edib. Müvazinətini itirən Leko məğlubiyyətlə barışıb.

Görüşdən sonra Səmədov təəssüratlarını saytımızla bölüşüb: "Çox yaxşı hazırlaşmışdım. İnanmırdım ki, görüş belə erkən başa çatacaq. İlk zərbəm rəqibi tutdu. İkinci zərbə zamanı müvazinətini itirdi və yerə yıxıldı. Özü də dedi ki, bilmədim necə baş verdi. Zərbədən sonra özünü itirmişdi. Qələbəyə çox sevinirəm. Mənə dəstək olanlara təşəkkür edirəm".

Qeyd edək ki, gecənin fəxri qonaqları arasında məşhur aktyor Mark Dakaskos da olub. /euronews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol