Menu

Gəncədə iki piyadanı avtomobil vurub

28.01.2018, 09:39
Gəncədə iki piyadanı avtomobil vurub

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan “Lexsus” markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Xəsarət alan piyadalar dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol