Menu

Bu gün Soçidə Suriya Milli Dialoq Konqresi işə başlayır 

29.01.2018, 13:57
Bu gün Soçidə Suriya Milli Dialoq Konqresi işə başlayır 

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bu gün Soçi şəhərində (Rusiya) Suriya Milli Dialoq Konqresi işə başlayacaq.

Təşkilatçıların verdiyi xəbərə görə, tədbirdə iştirak edmək üçün müxtəlif ünvanlara 1600-ə qədər dəvətnamə göndərilib. Onların böyük hissəsi Suriyalılardan ibarətdir.

Xəbər verildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura da tədbirdə iştirak edəcəyini təsdiqləyib.

Konqresin əsas hissəsi sabah baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol