Menu

“Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlanıb

29.01.2018, 14:16
“Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda “Dövlət satınalmaları haqqında” daha da təkmilləşdirilmiş yeni qanun layihəsi hazırlanıb.

"Report"un məlumatına görə, bunu bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, qanun layhəsi hazırda hökumətdə müzakirə olunur və artıq bu il ərzində müzakirələrin son mərhələsinin yekunlaşacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol