Menu

Toyuq ətində təhlükəli bakteriya tapıldı

07.07.2014, 17:23
Toyuq ətində təhlükəli bakteriya tapıldı

Avstraliya Milli Universitetinin alimləri ölkənin supermarketlərində satılan toyuqların tərkibində bağırsaq çöpləri nümunələri aşkar ediblər.

“Qafqazinfo”nun xəbərinə görə, bakterioloji təhlil nəticəsində bu ştammların antibiotiklərə, o cümlədən ftorxilonlara qarşı davamlı olması müəyyən edilib.

Bu antibiotiklərdən qida sənayesində istifadə edilməsi qadağan olunub. Toyuq əti istehsalçıları isə bildirirlər ki, toyuqlara antibiotiklər verilmir və bağırsaq çöpünün mənbəyi barədə danışmaq hələ çətindir: “Bunun üçün geniş əhatəli təhqiqat aparılmalıdır”.

Mütəxəssislər çiy toyuq ətini bilavasitə termik emal anına qədər yumamağı məsləhət görürlər. Bu, bakteriyaların rezistent formalarının yaranmasının qarşısını almaq üçün yaxşı profilaktika tədbiri olacaq.

Qeyd etmək lazımdır ki, bağırsaq çöpündən başqa “Campylobacter” bakteriyası da öz görkəmini sürətlə dəyişir. Bu qıcıqlandırıcı qarın ağrısı, qusma və diareyaya səbəb olur. Ölümlə nəticələnən yoluxma halları da olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol