Menu

Müəllimlik ixtisasını seçən tələblərə şad xəbər

07.07.2014, 17:36
Müəllimlik ixtisasını seçən tələblərə şad xəbər

Yeni tədris ilindən başlayaraq Azərbaycanda müəllimlik ixtisasını seçən tələbələr üçün yeniliklər tətbiq ediləcək. Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, qəbul imtahanlarında 500-600 bal toplayan və müəllimlik ixtisasını I və II yerdə qeyd edərək bu ixtisasa qəbul olunan tələbələrə əlavə təqaüdlər veriləcək. O bildirib ki, bu tədbirlər müəllimlik ixtisasını seçənlərin sayını artacaq: “Bu il belə tələbələrin sayının 300 nəfər olacağı planlaşdırılır. İlkin olaraq 300 tələbəyə Təhsil Nazirliyi tərəfindən 100 manat təqaüd veriləcək”.

C. Valehov qeyd edib ki, növbəti tədris ilindən müəllimlərin praktik təcrübəsi sahəsində də yeniliklər ediləcək. Gələn tədris ilindən məktəblərdə təcrübə müddətinin uzadılması nəzərdə tutulur. Beləliklə, gələcək müəllimlər üçün məktəblərdə təcrübə saatları artırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol