«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin İsrailin Baş naziri Binyamin Netenyahu ilə «Suriya tənzimləməsini», xüsusilə Soçi şəhərində keçirilən Suriya milli dialoq Konqresini müzakirə edib. Bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
«Bəli, müzakirə ediblər» - deyə, Uşakov müvafiq suala cavab verib. Bu zaman Uşakov, «İsrail bu tədbirin keçirilməsini dəstəkləyirmi?» - sualına cavab verməyib. Onun sölərinə görə, görüş zamanı həm də Suriyadakı ümumi vəziyyət və Rusiya-İsrail ikitərəfli əməkdaşlığı müzakriə olunub.
Tolerantlıq Mərkəzindəki yəhudi muzeyində keçirilən söhbətin başlanğıcında Moskvaya səfərinə görə, Putin Netenyahuya təşəkkür edib və sözbətin Xolokost qurbanlarını anım gününə təsadüf etməsini rəmzi hal adlandırıb.


Şərhlər