Menu

Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb

29.01.2018, 22:06
Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb

Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları dayandırılıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.

“Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, deyə nümayəndə bildirib.

"Vostok" balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı - Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol