ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın Baş naziri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenkonun adını sanksiya tətbiq ediləcək şəxslərin siyahısına daxil edib.
“Report” TASS-a istinadla xəbər verir ki, nazirliyin Konqersə təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var.
Hələlik sanksiyaların nədən ibarət olduğu tam açıqlanmayıb.
ABŞ-ın yeni sanksiya siyahısında D.Medvedev və V.Matviyenko ilə yanaşı, Dövlət Dumasının sədri Vyaçeslav Volodinin, Rusiya Prezidenti Adminstrasiyasının rəhbəri Anton Vaynonun, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun, prezidentin köməkçisi Vladislav Surkovun, "LUKOİL" şirkətinin prezidenti Vahid Ələkbərovun, “Rosneft”in İdarə Heyətinin sədri İqor Seçinin, “Qazprom” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerin, general Boris Qromovun, milyarder iş adamları Alşir Usmanovun, Roman Abramoviçin, Süleyman Kerimovun, Vladimir Potaninin, Pyotr Avenin, Arkadiy və Boris Rotenberqlərin, Gennadi Timçenkonun, Oleq Tinkovun və "Kasper laboratoriyası”nın qurucusu Yevgeni Kasperskinin də adları var.
Oliqarxlar siyahısında isə Əlişir Usmanov, Roman Abramoviç, Süleyman Kərimov, Yevgeni Kasperski, Oleq Deripaska, German Qref, Vladimir Kostin yer alıb.
***
“Kreml hesabatı”na Rusiya Nazirlər Kabinetinin əksər üzvləri daxil edilib.Axar.az xəbər verir ki, siyahıda Nazirlər Kabinetindən 30 nəfərin adı yer alıb. Bunlardan bir neçəsini təqdim edirik:
1. Dmitri Medvedyev – Baş nazir;
2. İqov Şuvalov – Baş nazirin müavini;
3. Sergey Prixodko – Baş nazirin müavini;
4. Aleksandr Xlopin – Baş nazirin müavini;
5. Vitali Mutko – Baş nazirin müavini;
6. Arkadi Dvorkoviç – Baş nazirin müavini;
7. Olqar Qolodets – Baş nazirin müavini;
8. Dmitri Kozak – Baş nazirin müavini;
9. Dmitri Roqozin – Baş nazirin müavini;
10. Sergey Şoyqu – Müdafiə naziri;
11. Maksim Oreşkin – İqtisadi İnkişaf naziri;
12. Vladimir Medinski - Mədəniyyət naziri;
13. Nikolay Nikiforov – Rabitə naziri;
14. Aleksandr Tkaçev – Kənd Təsərüffatı naziri;
15. Aleksandr Novak - Energetika naziri;
16. Anton Siluanov – Maliyyə naziri;
17. Sergey Lavrov – Xarici işlər naziri;
18. Vladimir Kolokotsev – Daxili işlər naziri.
Siyahıda həmçinin Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev, Baş Qərargah rəisi Valeri Gerasimov, Prezidentin Ətraf Mühitin Qorunması, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Korobov, Moskva meri Sergey Sobyanin, Baş prokuror Yuri Çayka, Rusiya Dəmiryollarının rəhbəri Oleq Belozerov, “Rostex”in rəhbəri Sergey Çemezov, “Rosatom”un rəhbəri Aleksey Lixaçev, “Transneft”in rəhbəri Nikolay Tokarev, “Qazprombank”ın rəhbəri Andrey Akimov, “Aeroflot”un rəhbəri Vitali Savelyev, “Başneft”in rəhbəri Andrey Şişkin, “Tatneft”in rəhbəri Nail Maqanov yer alıblar.

Siyahıya həmçinin Ələkbərovun ortağı olan Leonid Fedun da düşüb. ABŞ burada Rusiya ermənilərinin ən varlı iş adamı olan Samvel Karapetyanı da unutmayıb. Siyahıya Tatarıstanın keçmiş prezidenti Mintamir Şaymiyevin oğulları Ayrat və Radik, Putinin dostları Arkadi və Boris Rottenberqlər, Gennadi Timçenkonun da adları daxil edilib.

Qeyd edək ki, bu siyahıda yer alan şəxslərin heç birinə sanksiyalar tətbiq edilməyəcək. Ekspertlər sadəcə olaraq bu hesabatla ABŞ rəhbərliyinin CAATSA qanununun öhdəliklərini icra etdiyini bildiriblər. Onların fikrincə, siyahıdakı şəxsləri heç bir məhdudiyyət gözləmir, amma bu siyahı onlara gələcəkdə müxtəlif bölgələrdə müxtəlif əngəllərin yaradılmasına, onlara qarşı xüsusi diqqət göstərilməsinə səbəb ola bilər. Bir sözlə, bu şəxslər daima “arzuolunmazlar” siyahısında yer alacaqlar.
Qeyd edək ki, 2017-ci il iyulun 25-də Konqresin Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə qanun layihəsini qəbul edib. Sənəddə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etdiyinə, Suriyada Bəşşar Əsəd rejimini dəstəklədiyinə və ABŞ-dakı 2016-cı il prezident seçkisinə müdaxilə etdiyi üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulmuşdu.


Şərhlər
Bunun sonu nə ilə nəticələnəcək Allah bilir. Əziyyət cəkənlər sadə vətəndaşlar olacaq...
Birdefelik Putini yazin o siyahiya mesele kapansin
V.Ələkbərov milliyyətcə azərbaycanlı olan rus oliqarxıdır.Odur ki,yazanda adamları çaşdırmaq lazım deyil.O necə "azərbaycanlı oliqarxdır" ki, yaşadığımız ağrılar zamanı hələ də bizimlə olmayıb?Onun qazandığı pullardan rusiya ermənilər üçün də vəsait ayırır.
super. puskay ixniye scheta tam yeshe zamorozyat . cherez god budut yest svoi kosti.
Mehriban eliyevadan başqa bizimkilerede sankisya lazımdı ey amerika ve avropa bu şerhimi buraxın qorxmayın
Ela!!!
Koxa lap düz yazıb Mehriban Eliyevadan başqa bizimkileri de qoysalar sevinerem....Mehriban xabmı ise xalq sevir .. qanunu deyişib 4 iden bir secki olmalıdır ...
Bu hemyerlilermizin vetenmize hec bir xeyri yoxdu gözne dönüm amerika lap düz edib sevindim bular hebs olunmalıdırlar olar kişi olsaydı qarabagı coxdan alardıq şehidlermizde olmaz
Koxa duz yazıb hökmen teze ramiz mehdiyev qanunu deyişmelidi bu 7 illik prezdent ideya müellifi putin ve ramiz mehdiyev qanunudu bu tez bir zaman lagv olmalıdı yalnız 4 ilden bir olmalıdı xahiş edirem şerhleri kesib tökmeyin oldugu kimi verinki xalq bilsin ey azpolitika rehberliyi bu tek menim yox 9 milyonluk xalqın fikridi