Menu

Bakıda 31 yaşlı kişi 22-ci mərtəbədən özünü atıb

30.01.2018, 11:20
Bakıda 31 yaşlı kişi 22-ci mərtəbədən özünü atıb

Bakıda intihar olub.

Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb.

Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb.

O, yerindəcə keçinib. N. Vəliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

t.ədalət 2018-01-30 11:20:54

Adətən,çox vaxt narkotikanın təəsirindən adamlar intihar edirlər.PKK-çıların terrorçuluq metodu kimi istifadə olunan narkomaniya Azərbaycanda da güclənir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol