Dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama aparması hüququnun ləğvi təklif edilir.
Trend-in məlumatına görə, bu, “Sanitariya-epidomoloji salamatlıq haqqında" qanuna yeni təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama apara bilməyəcək.
Bununla bağlı qanunun Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti aşağıdakı hüquqlarına aid olan 34-cü maddəsinin 1-ci hissəsinə “Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilib. Bununla da dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla, digər obyektlərdə yoxlama aparmaq səlahiyyəti saxlanılır.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Şərhlər
Qardash millat Ilham Aliyeva Tashakur edir sahibkarlarin cani qurtardi bu hayssiz rushvatxor sahiyanin alindan