Menu

İslam Kərimovun nəvəsi Britaniyadan sığınacaq istədi

30.01.2018, 18:35
İslam Kərimovun nəvəsi Britaniyadan sığınacaq istədi

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun 25 yaşlı nəvəsi İslam Böyük Britaniya hökumətindən siyasi sığınacaq istəyib.

Trend-in məlumatına görə, bu barədə İ.Kərimovun vəkili bəyan edib.

Vəkil bildirib ki, mərhum prezidentin nəvəsi hələ dekabr ayında sığınacaq üçün müraciət edib.

İ.Kərimov özü isə anası Gülnarə Kərimovanın həyatında vacib hadisənin baş verdiyini bildirib. Başqa təfərrüatlar barədə məlumat verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol