Menu

“Siqaret çəkmək bədbəxtlikdir” - Prezident İlham Əliyev + VİDEO

30.01.2018, 18:42
“Siqaret çəkmək bədbəxtlikdir” - Prezident İlham Əliyev + VİDEO

“Siqaret – 160 milyon dollar xaricə gedir. Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır”.  Minval.İnfo xəbər verir ki, bunu prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Prezident əmin olduğunu bildirib ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin.

“Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. Xaricə 160 milyon dollar gedir. İndi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər”.

Şərhlər

Mühəndis 2018-01-30 18:42:28

90% siqaret çəkənlər kefindən çəkmir.Ölkəmizdəkiişsizlikdən, əzizlərinin, xalqının indiki, gələcək taleyindən narahat olduğu üçün məcbur olur çəkməyə.Sovet dövründə əhali orta səviyyədə yaşayırdısa,indi 90% kasıbçılıq vəziyyətindədir. Korrupsiyalaşmış məmurlar,bütün əqrabalarını yığıb ölkənin malını,pulunu, sərvətini talayırlar.Hansı nazir və ya məmur işdən götürülürsə onun arxasıca milyonların talandığı aşkar ounur.Guya hüquq mühafizə orqanları bilmirki,kimlər xalqın qanını,ölkənin pulunu sovurur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol