ABŞ Yaxın Şərq və Orta Şərqdə öz hərbi iştirakına bəraət qazandırmaq üçün İŞİD terrorçu qruplaşmasının yaraqlılarını Əfqanıstana yerləşdirir.
TASS xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xamneyi səsləndirib.
“Öz əlləri ilə “İŞİD”i yaradan və onu Suriya və İraq xalqlarına qarşı işgəncə və cinayət alətinə çevirən Vaşinqton, regiondakı hərbi iştirakına bəraət qazandırmaq üçün indi də İŞİD-i Əfqanıstana köçürür”, - deyə Press TV-nin prezidentdən gətirdiyi sitatda deyilir.
Xamneyinin sözlərinə görə, ABŞ-ın Yaxın və Orta Şərqdə əsas prioriteti, bu regionlarda yaşayan xalqların arasını qızışdırmaqdır.
“ABŞ bizim regionda vəziyyətin hər zaman qeyri-sabit olmasını, hökumətlərin və xalqların başının bir-birinə qarşı müharibəyə qarışmasını istəyir”, – deyə İran ali dini lideri vurğulayıb.
Qeyd edək ki, bir həftə ərzində Əfqanıstanda ard-arda 2 qanlı terror hadisəsi törədilib. Yanvarın 27-də Kabildə, hökumət binasının yerləşdiyi küçə yaxınlığında törədilən hücumda azı 103 nəfər həlak olub, 235 nəfər yaralanıb.

Şərhlər