Menu

Elmar Məmmədyarov Brüsselə səfər edəcək

31.01.2018, 15:30
Elmar Məmmədyarov Brüsselə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, səfər fevralın 9-na nəzərdə tutulur.

Səfərin məqsədi Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir.

E.Məmmədyarovun Avropa İttifaqında bir sıra görüşləri də planlaşdırılır.

Görüşlərdə Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığı nəzərdə tutan saziş üzrə müzakirələr aparılacaq.

Şərhlər

t.ədalət 2018-01-31 15:30:33

Son on ildə E.Məmmədyarovun beynəlxalq görüşləri Azərbaycana heç bir xeyir gətirməyib.ermənistan xarici işlər nazirindən fərqli olaraq,Məmmədyarov heç bir haqqımızı müdafiə edə bilməyib.Odur ki,onun görüşləri haqqında eşidəndə,fikirləşirəm ki,görəsən, yenə hansı uğursuzluğa səbəb olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol