Menu

Poroşenko Rusiya təxribatının qarşısını almağın yolunu tapdı

07.07.2014, 21:42
Poroşenko Rusiya təxribatının qarşısını almağın yolunu tapdı

Ukrayna prezidenti Ukraynanın informasiya təhlükəsizliyi üçün ciddi addımlar atmağı tələb edib

Ukrayna prezidenti Petro Poroşenko Televiziya və Radio Milli Şurasının yeni üzvləri ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti açıqlama yayıb.

Görüşdə Poroşenko şura üzvlərindən Ukraynanın informasiya təhlükəsizliyi üçün ciddi addımlar atmağı tələb edib: "Televiziya son dərəcə yaxşı inkişaf etmiş təbliğat maşınıdır. Donbass bölgəsinin əhalisi Ukrayna haqqında dəqiq məlumat tələb edir".

Prezidentin sözlərinə görə, Ukraynanın şərqində keyfiyyətli teleyayım təşkil edilməlidir: "Biz Lugansk və Donetskdə məlumatların təhrif olunmasına imkan verə bilmərik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol