Menu

Rusiya Pakistana kömək edəcək

01.02.2018, 00:12
Rusiya Pakistana kömək edəcək

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya kontrterrorçu potensialının artırılmasında Pakistana kömək edəcək. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) bəyan edib.

Nazirliyin saytında xəbər verildiyi kimi, çərşənbə günü Moskvada RF xarici işlər nazirinin müavini İqor Morqulov və Pakistan xarici işlər nazirinin müavini Tasnim Aslam regional və ikitərəfli problematika üzrə məsləhətləşmə aparıblar.

«Əfqanıstandakı vəziyyət barədə əhatəli fikir mübadiləsi baş tutub. Rusiya və Pakistan arasında çoxplanlı münasibətlərin inkişaf perspektivləri və cari vəziyyəti müzakirə olunub. Bu zaman ticari-iqtisadi sahə, yeni çağırış və təhlükələrə qarşı durmaq istiqamətləri üzrə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib» - deyə, xəbərdə bildirilir.

Nazirliyin bəyanatında qeyd olunur ki, «Rusiya tərəfi İslamabadın terrorçuluğa və ekstremizmə qarşı aktiv qarşıdurma istiqamətində köklənməsini dəstəkləyir və bu kontekstdə kontrterrorçuluq potensialının artırılmasında Pakistana praktik dəstək verəcək».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol