Menu

Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb

01.02.2018, 10:16
Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb

Ötən il 25 min 144 nəfər Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata görə, 2016-cı ildə isə 22 min 264 erməniyə Rusiya vətəndaşlığı verilib.

Nazirlikdən bildirilib ki, 2017-ci ildə ümumilikdə 257 min 822 nəfər Rusiya vətəndaşlığı alıb. Məlumata görə, ötən il 10394 nəfər Azərbaycan vətəndaşı, 2535 Gürücüstan sakini Rusiya vətəndaşlığını qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol