Menu

Musiqi ifaçılarının dil qüsurları ilə bağlı monitorinqə başlanılıb

01.02.2018, 10:34
Musiqi ifaçılarının dil qüsurları ilə bağlı monitorinqə başlanılıb

"Musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb".

Bunu "Report"a açıqlamasında AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

O bildirib ki, hədəf müğənnilər deyil, ifa və ifadakı qüsurlardır: "Mahnıya qulaq asanda bilmək olur ki, ifaçı hansı bölgədəndir. Bu gün bizim müəllim olan xanəndələrimiz var, həmin müəllim çox təəssüf ki, özü hansı bölgədəndirsə, onun yetişdirdiyi tələbəsi də onun dil daşıyıcısı olur. Bunun aradan qaldırılması üçün televiziyalarda nəzarət mexanizmi olmalıdır".

Şöbə müdiri qeyd edib ki, aşkarlanan dil qüsurları ictimaiyyətə açıqlanacaq: "Məqsədimiz dilimizi qorumaqdır. Dil məsələsi daim nəzarətdə olmalıdır, övladlarımızın dinlədiyi, böyüdüyü mahnıların dili bizim üçün vacibdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol