Menu

Məzarlıqlarla bağlı qaydalar yaxın vaxtlarda təsdiqlənəcək

01.02.2018, 11:13
Məzarlıqlarla bağlı qaydalar yaxın vaxtlarda təsdiqlənəcək

Baş nazirin müavini Əli Əhmədov məzarlıqlarla bağlı qaydaların qəbulunun gecikməsinə aydınlıq gətirib.

APA-nın məlumatına görə, Ə. Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, sənəd konseptual olaraq hazırlanıb.

Baş nazirin müavini bildirib ki, sənədin son variantının hansı formatda ortaya çıxması ilə bağlı müxtəlif yanaşmalar olub: "Bununla əlaqədar bütün fərqli baxışlar uyğunlaşdırılıb. Sənəd yaxın vaxtlarda imzalanacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol