Menu

“Dolların məzənnəsinin 1,7 manat səviyyəsində qalacağını gözləyirik” - Faiq Hüseynov

02.02.2018, 13:04

unibank“Unibank” ASC bu il Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalacağını proqnozlaşdırır. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

“Bizim proqnozumuz sabitlikdir. Doğrudur, dünyada, o cümlədən Azərbaycanda makro-iqtisadi vəziyyət dəyişə bilər, amma ümid edirik və gözləyirik ki, məzənnə 1,7 manat səviyyəsində qalacaq”, - deyə o, qeyd edib.

Şərhlər

николай 2018-02-02 13:04:59

Faiq müəllim professional insandır, söz yox, bilmirəm hansı sualın qarşılığında bu cavabı verib. Azərbaycan iqtisadiyyatı dollardan başqa avro deyilən valyutadan da çox asılıdır. Bu gün hamı deyir..dollar sabitdir, qiymətlər qalxır...Avro sabit deyil axı, dollara, həm də manata nisbətən son 3 ayda 20% -ə yaxın bahalaşıb. İdxalın xeyli hissəsi bu gün avro ilə aparılır. Nə hökumət, nə də milli bank bu hal üçün tədbirlərdən danışmır, çünki tədbir yoxdur, hamı seyr edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol