Sosial şəbəkələrdə yayılan bir görüntü ayıq sürücü xidməti göstərən şəxs və şirkətlərin yol polisi ilə əməkdaşlığı məsələsini gündəmə gətirib.
"AzPolitika.info" "XəzərXəbər"ə istinadla xəbər verir ki, görüntülərdə yol polisinin öncə yolayrıcına gəldiyi, sonda onu görməsinlər deyə avtomobili bir qədər geriyə sürdüyü əks olunub.
Ayıq sürücünün idarə etdiyi avtomobil isə dayandıqdan və ayıq sürücü maşını tərk edib uzaqlaşandan dərhal sonra yol polisi həmin avtomobilə doğru hərəkət edir.
Bu görüntülər Bakıda bir binanın təhlükəsizlik kamerasına düşüb. Görüntü sosial şəbəkələrdə yol polisi ilə ayıq sürücü arasında işbirliyi olduğu iddiası ilə yayılıb. İddialara görə maşının sahibi ayıq sürücünü yola salandan sonra həyətdə maşını park etmək üçün sükan arxasına oturan kimi onu yol polisləri yaxalayıblar.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsi də rəsmi münasibət açıqlayıb. İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bu iddialar içkili halda olan sürücülərin özlərini müdafiə etmək üçün ortaya atdığı əsassız fikirlərdir. Onun sözlərinə görə hətta əgər sürücü yaşadığı həyətdə belə avtomobilin sükanı arxasına sərxoş halda əyləşibsə bu qanunla yolverilməzdir və yol polisinin inzibati xətanı tətbiq etməsi üçün heç bir maneə yoxdur. Vaqif Əsədov sürücülərə ayıq sürücüyə güvənmədikləri halda özlərinə yaxın bildikləri şəxslərin köməyindən faydalanmağı tövsiyyə edib.
İddialarla bağlı ayıq sürücü xidmətlərindən biri ilə də əlaqə saxlanılıb. Şirkətin əməkdaşı Renad Əliyev bildirib ki, əksər hallarda problemlər səyyar şəkildə fəaliyyət göstərən ayıq sürücülərdə baş verir. Onların şirkətində belə halın yaşanmasının mümkünsüz olduğunu bildirən şirkət əməkdaşı sürücülərə bütün lazımı təlimatları öncədən verdiklərini deyir. Belə bir iddia ilə müştərilərdən şikayət daxil olarsa və təsdiqlənərsə həmin sürücü ilə əmək müqaviləsinə xitam veriləcəyini bildirib.

Şərhlər
Uzağa getmək lazım deyil.DYP-nin rəhbər işçilərinin evlərinə,bağlarına diqqət etsəniz onların maaşla əmələ bəlmədiyinin şahidi olarsınız.Elə bunlar rüşvət və cərimələrin mənimsənilməsi deyil? Xutorda tikdirdikləri ev 1 milyona başa gəlməz. Bu milləti nə qədər soymaq olar?Bəs bunu görən ,soruşan qurumlar niyə susur?Guya bunlardan heç kimin xəbəri yoxdur.
Olkədə Yol Polisi barədə kifayət qədər əsasli şikayətlər olmasina baxmayaraq, hec bir irəliləyişin olmamasinın əsas səbəbləri budur.Bir-sisdemdə baş verənlərə qanunlarin icrasina nəzarət edən prokurorluq orqanlarinin hərəkətsizliyi.İki-qurumun vəzifəli şəxslərinin ozbaşinaliq və ya vəzifələrindən sui-istifadə, nəhayət qanunsuz hərəkətlərinə arxayin olmalari.Ucuncusu və sonuncu olmayanı isə bu sahədə fəaliyyət gosdərən əksər əməkdaşlarin etik davranişdan, qanunlardan bixəbər və ruşvətlə işə duzəlməsidir.
Belə hal şəxsən mənim təcrübəmdə baş verib. Yəni, ayıq sürücü mənim avtomobilimi gətirib dalda yerə qarajın qarşısına, bu anda görmüşəm ki, tindən yol polisinin avtomobili gəlib bizə tərəf. Ayıq sürücü düşməmişdən sürdürmüşəm qaraja. Çox gümün ki , beləliklə ayıq sürücü ilə polislərin "çirkin ittifaqı" baş tutmayıb. Hər iki tərəfə bir məsəli bildirmək istəyirəm- bir məşhur oğru deyib ki, 40 il oğurluq etmişəm , amma haram çörək yeməmişəm". O ayıq sürücülər isə polislərdən aldıqları haramı evlərinə aparırla
Polise cerime planı qoymaq şerefsizlikdir. Sen get asayişi qoru bu ne hoqqabazlıqdır. İnsanlara tele qurub cerime planı yerine yetirirler. Biz dörd dost bir kafede herden çay içib nerd oynayırıq. Her defe kafeden çıxanda hamımızı( here öz maşını ile gelir kafeye) kafeden bir az aralandıqdan sonra DYP saxlayıb ağzımızı iyleyir. Ayıq olduğumuzu görende polisin sifeti o qeder meyyus görünür ki, adam az qalır içkili olmadığına göre polisden üzr istesin.
Vaqif bəyin əndrabadi fikirləri insanların heysiyyatına toxunur.İçkili halda olan avtomobil sahibi əgər içkili halda avtomobil idarə edərsə və bu təsdiqlənərsə onda ona cəza tətbiq edlə blər.Avtomobil sahibi əgər avtomobili idarə etmirsə ( ola bilsin hər hansı bazarlığını və ya əşyasını mənsub olduğu avtomobildən götürürmək üçün avtomobilə daxil olub) onu hansı qanunla cəzalandırmaq olar? Bu da onun sürücüləri sükan arxasında danışa bilməz fikrinə bənzədi.
Bu qədər aşağılığı özünə yaraşdıran adamın ləyaqəti də olmur.Görəsən,bizdən başqa dünyanın hansı.... Bu yolla çörək qazananları hansı tip ailə böyüdüb?
``Ayıq sürücülərlə`` işləyən polislər etiraf edirlər ki..``baş idarədən`` onlara ``plan`` qoyulur.sərxoş və avtoxuliqan tapmasalar onları işdən uzaqlaşdırırlar.