Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan millisi bu gün qrupda son oyununu keçirib. Komandamız Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojice Arena"da İspaniya millisi ilə qarşılaşıb.
AVRO-2018
D qrupu
4 fevral
Azərbaycan – İspaniya - 0:1
Qol: Pola, 13.21
Hakimlər: Vladimir Kadikov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)
Sloveniya. Lyublyana, “Stojica Arena”
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 10. Vassoura, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov
Baş məşqçi: Joze Alesio da Silva
İspaniya: 1. Pako Sedano (q), 2. Ortiz (k), 7. Pola, 11. Migelin, 14. Aleks, 13. Xesus Errero (q), 3. Mark Tolra, 4. Bebe, 5. Adolfo, 6. Solano, 8. Lin, 9. Serxio Lozano, 10. Rafa Usin, 15. Xoselito
Baş məşqçi: Xose Venansio Lopes
Qeyd edək ki, millimiz ilk oyununda Fransanı 5-3 hesabı ilə məğlub etmişdi.


Şərhlər