Menu

"Seçkinin nəticələrini xalq qəbul etməlidir, digər məqamlar önəmli deyil" - MSK sədri

06.02.2018, 17:25
"Seçkinin nəticələrini xalq qəbul etməlidir, digər məqamlar önəmli deyil" - MSK sədri

"Bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir".

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, bu, reallıqdır: "Reallıq olduğuna görə buna göz yummaq olmaz. Yer kürəsi kiçikdir, insanlar bir yerdə olmağı bacarmalıdır. Birgə fəaliyyət göstərməkdən başqa yolumuz yoxdur. Seçkinin nəticələrini xalq qəbul etməlidir, digər məqamlar önəmli deyil. Azərbaycan seçicilərinin yarıdan çoxunun səsini alan şəxs prezident seçiləcək. Xalqın iradəsindən yüksək heç nə yoxdur".

M. Pənahov qeyd edib ki, MSK yerli və xarici KİV-in əməkdaşlarına daim açıqdır: Seçki prosesində milyonlarla insan iştirak edir. Ona görə də xırda çatışmazlıqların olması normaldır. İdeal heç nə yoxdur".

Şərhlər

Kohne 2018-02-06 17:25:21

Ya qebul etmelidir,ya etdirmeliyik.

Şahin 2018-02-06 17:25:21

BİRDƏN XALQ BU YALAN NƏTİCƏNİ QƏBUL ETMƏDİ? BİRDƏN BELƏ BİR HADİSƏ BAŞ VERDİ. MƏZAİR ONDA NƏ EDƏCƏKSƏN?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol