Menu

Türkiyənin Hatay aerodromunda Rusiya təyyarəsi qeydə alınıb - KİV

06.02.2018, 17:50
Türkiyənin Hatay aerodromunda Rusiya təyyarəsi qeydə alınıb - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyanın İdlib vilayəti ilə həmsərhəd olan Türkiyənin Hatay rayonundakı aerodromda Rusiyaya məxsus An-72 hərbi-nəqliyyat təyyarəsi qeydə alııb.

Yaxın Şərqdə sitasiyanı izləyən «Telegram-kanal Directorate 4»-ə istinadla, Rusiya KİV-nin verdiyi xəbərə görə, təyyarənin məhz bu rayona gəlməsi Rusiyanın Su-25 qırıcı təyyarəsi ilə İdlib əyalətində baş vermiş insidentlə əlaqəlidir. Məlumdur ki, sözügedən təyyarə İdlib əyalətində terrorçular tərəfindən özüyeriyən zenit-raket kompleksi (ÖZRK) ilə vurulub.

Verilən xəbərdə qeyd olunur ki, Turkiyə ilə sərhəd boyu, Suriya tərəfdəki ərazilərə terrorçular nəzarət edirlər.

Xəbər verildiyi kimi, bu insidentə görə məsuliyyəti «Ceyş an-Nəsr» terrorçu qruplaşması öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol