Menu

"Epidemiyalar Azərbaycandan yan keçir" - Oqtay Şirəliyev

06.02.2018, 17:54
"Epidemiyalar Azərbaycandan yan keçir" - Oqtay Şirəliyev

Kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O.Şirəliyev bildirib ki, ölkədəki uşaqların 93-97%-i dövlət səviyyəsində həyata keçirilən 11 peyvəndlə əhatə edilib.

Nazirin sözlərinə görə, xronoki böyrək çatışmazlığı sahəsində əhaliyə xidmət etmək üçün 34 dializ mərkəzi istifadəyə verilib, 245 min şəkərli diabetdən əziyyət çəkən insan dövlət tərəfindən zəruri dərman vasitələri və nəzarət aparatları ilə təmin edilir.

O.Şirəliyev əlavə edib ki, indiyə kimi 55 uşağa sümük iliyi, 500 insana böyrək, 100-ə yaxın insana qaraciyər köçürülüb.

Şərhlər

Kohne 2018-02-06 17:54:27

Yaxshiki yan kecir,yan kecmeseydi senin kimi naziri olan bedbext olardi.

xəstə 2018-02-06 17:54:27

..... Qısası hərə bir tərəfdən qırır bu cahamatı

xəstə 2018-02-06 17:54:27

3. iş yerimizdə hamıya yoluxub hamı öskürür birsinin mədəsi, birisinin başı o birisinin sür-sümüyü ağrıyır. Yəni elə hamı xəstədi. Bu isə epidemiya deyil bə nəmənədi?

xəstə 2018-02-06 17:54:27

bu kişiyə demək istəyirəm ki yanvarın əvvəlindən indiyənəcən xəstəyəm nə virusdu bilmirik canda hal, evdə pul qalmadı.

zaur 2018-02-06 17:54:27

HIPPOKTAYA AND OLSUN,DÜZ DEYİR!

Abit 2018-02-06 17:54:27

Dünyadan xebersiz millet qırılır qripden

xəstə 2018-02-06 17:54:27

2. evdətək mən deyiləm həyat yoldaşım uşaqlarımız da xəstədi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol