Menu

Türkiyə dini işlər idarəsindən yeni çağırış - «Sol əllə yeməyin!»

06.02.2018, 20:41
Türkiyə dini işlər idarəsindən yeni çağırış -  «Sol əllə yeməyin!»

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyənin dini işlər İdarəsi (Diyanət) yeni fitva dərc edib. Bu çağırışda, sol əllə yemək və içmək müsəlmanlara məsləhət görülmür.

«Yemək və içməyin ümumi prinsiplərini müəyyən edərkən, Məhəmməd peyğəmbər sol əli işlətməyi məqbul saymayıb. Sol əllə şeytanlar yeyib-içirlər. Odur ki, peyğəmbər sağ əllə yeyib-içməyi öyrədib. Hər bir müsəlman peyğəmbərin məsləhətlərinə əməl etməlidir. Ona görə də valideynlər digər qaydalarla bərabər, uşaqlarına bunu da öyrətməlidirlər» - fitvada deyilir.

Qeyd olunur ki, «fiziki çatışmazlığı» olanların sol əldən istifadə etməsinə yol verilir.

Bundan əvvəl «Diyanət» boşanma haqqında da fitva verib. Fitvaya görə, ər-arvad telefonla, faksla və ya elektron poçtla da boşana bilərlər - əgər ər 3 dəfə «talaq» sözünü («talaq» - ərəbcə boşanma deməkdir) demiş və ya yazmış olsa. Ancaq bu zaman arvad əmin olmalıdır ki, bu sözü məhz onun əri deyir və ya yazır.

Digər bir fitvada isə deyilir ki, arvadını «bacı» və ya «ana» adlandırmış ər, avtomatik olaraq, həmin arvadından boşanmış sayılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol