Menu

İrana köç edən ördəklərdə "quş qripi" aşkar edilib

06.02.2018, 20:41
İrana köç edən ördəklərdə "quş qripi" aşkar edilib

 

İranın şimalında H5N6 "quş qripi" virusu aşkar edilib.

Trend-in məlumatına görə, virusun aşkar edilməsi İran Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında təsdiq edilib.

Qeyd olunur ki, virusa “Bucaq” təbii parkındakı 1300 ördək yoluxub. Həmin quşların xəstəlik nəticəsində tələf olmaları təsdiq edilib. Məlumata görə, virusa yoluxmuş quşlar zərərsizləşdirilib, ərazidə müvafiq dezinfeksiya işlər görülüb.

İran Kənd Təsərrüfatı Nazirliyi ördəklərin qış mövsümünü keçirmək üçün həmin bölgəyə gəldiyini qeyd edib.

Qeyd edək ki, son məlumatlara görə, İranda ötən ilin martından başlyaraq "quş qripi" ilə əlaqədar 21 milyon quş məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol