Menu

TQDK-dan keçid balları ilə bağlı müraciət

08.07.2014, 13:11
TQDK-dan keçid balları ilə bağlı müraciət

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ictimaiyyətə müraciət edib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, TQDK 2005-2013-cü illərdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçirilmiş müsabiqələr nəticəsində ixtisaslar üzrə formalaşmış keçid ballarını Komissiyanın internet saytında yerləşdirib.

Keçid balları abituriyentlərə ixtisas seçimi zamanı düzgün istiqamət götürməyə, həmçinin ali təhsil müəssisələrində tələbə köçürmələri zamanı bu funksiyanı həyata keçirən qurumlara iddia olunan ixtisasların müvafiq ildə keçid balları ilə tanış olmağa kömək edə bilər.

Hər tədris ili üzrə keçid balları bu ünvanda təqdim olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisas kodunu öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol