Menu

«Rusiya, koalisiyanın Suriyadakı zərbəsi barədə bilirdi» - PENTAQON

09.02.2018, 01:28
«Rusiya, koalisiyanın Suriyadakı zərbəsi barədə bilirdi» - PENTAQON

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılığı altında fəaliyyət göstərən koalisiya, Suriya hökumət qüvvələrinə zərbə endirəcəyi barədə Rusiyanı əvvəlcədən məlumatlandırmışdı.

O, qeyd edib ki, həftə ərzində koalisiya Suriya rejimini dəstəkləyən qüvvələrin yavaş-yavaş artmasını müşahidə edirdi.

«Koalisiyanın rəsmi şəxsləri «SDF» qüvvələrinin olduğu barədə münaqişənin aradan qaldırılması kanaları ilə hücumdan əvvəl Rusiyanın rəsmi şəxslərini xəbərdar etmişdi. Bu kanallar öz vəzifəsini yerinə yetirdi» - deyə, Pentaqon nümayəndəsi brifinqdə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol