Menu

Xalq artistinin ölümü ilə bağlı şok xəbər: 3 gün əvvəl  dünyasını dəyişibmiş

09.02.2018, 11:43
Xalq artistinin ölümü ilə bağlı şok xəbər: 3 gün əvvəl  dünyasını dəyişibmiş

Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Zərnigar Ağakişiyeva Yasamal rayonu, Hüseyn Cavid prospekti 709 ünvanındakı 19 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşən mənzildə tək yaşayırmış. Son iki gündə yaxınları onunla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət edib. Həmin ünvana gələn polislər qapının arxadan bağlı olduğunu görüblər və aiddiyyəti üzrə FHN-in xilasetmə xidmətinə müraciət edilib. Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən qapı açıldıqdan sonra 73 yaşlı aktrisanın vəfat etdiyi məlum olub. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.

Z.Ağakişiyevanın son illərdə xəstəlikdən əziyyət çəkdiyi bildirilir. O, xeyli vaxtdır həmkarları ilə ünsiyyətdən qaçırmış və özünə qapanıbmış.

Şərhlər

Oxucu 2018-02-09 11:43:45

Rəhmətlik, xalq artisti Siyavuş Aslandan soruşdular ki,ən çox nədən qorxursuz.Cavab vermişdi ki,qocalıqda tənha qalmağdan.
Allah rəhmət eləsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol