Astara baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs tələbə olub.
"Report"un yerli bürosunun məlumatına görə, "Mitsubishi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili qaçıraraq yolun kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri, Lənkəran Dövlət Universitetinin tələbəsi xəstəxanada ölüb.

Şərhlər