Menu

Planetlərin “parad”ı başlayıb

09.02.2018, 17:25
Planetlərin “parad”ı başlayıb

Dünəndən səmada planetlərin düzülüşü başlayıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, göydə ardıcıllıq üzrə Saturn, Mars və Yupiter düzülüb.

Rusiya ərazisindən bu mənzərəni daha aydın şəkildə müşahidə etmək olar.

Təbiət hadisəsi fevralın 11-nə kimi davam edəcək.

Qeyd edək ki, həmin vaxt səmada göy cisimləri bir-birinə yaxın məsafədə yerləşir. Günəş çıxdıqdan sonra onun işıltısı planetlərin görüntüsünü itirir. Bir sırada düzüldüyünə görə bu, planetlərin “parad”ı adlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol