«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Hindistanda bir kişi arvadından gizli, onun böyrəyinin birini satıb. Belə ki, o, gəlinin valideynlərindən cehiz ala bilməyibmiş.
Gəlin əməliyyatdan iki il sonra baş verənlərdən xəbər tutub. O, qarın ağrıları şikayəti ilə həkimə müraciət edib. Müayinə zamanı məlum olub ki, qadının böyrəyinin biri yoxdur. Bundan sonra arvad ərindən polisə şikayət edib.
Məhz ərinin israrından sonra, o, əməliyyata razı olubmuş. O vaxt qadına, əməliyyatın «appendiksin kəsilməsi» üçün edildiyini deyblərmiş. Amma özəl klinikada aparılmış prosedurdan sonra onun ağrıları bir qədər də güclənib.
«O zaman mən anladım - ərim nə üçün yalvarırmış ki, əməliyyat barədə heç kimə danışmayım. O, mənin böyrəyimi ona görə satıb ki, mənim ailəm mənə cehiz verəyib» - deyə, gəlin aydınlıq kətirib.
Qadının şikayətindən sonra, polis onun ərinə qarşı cinayət işi açıb. Ehtimal olunur ki, onun böyrəyini hansısa bir biznesmenə satıblar.


Şərhlər