Menu

Cənubi Koreyanın Prezidenti Kim Çen Inın bacısı ilə görüşüb

10.02.2018, 01:33
Cənubi Koreyanın Prezidenti Kim Çen Inın bacısı ilə görüşüb

«AzPolitika.info»-nun xarici KİV-ə istinala verdiyi xəbərə görə, Koreya Respublikasının (KR) Prezidenti Mun Çje İn cümə günü Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın doğma bacısı Kim Yö Çjonla görüşüb. «Yonhap» agentliyinin məlumatına görə, görüş Pxyonçxanda Olimpiadanın açılış mərasimi zamanı baş tutub.

Cənubi Koreyanın Prezidenti və KXDR liderinin bacısı görüş zamanı bir-birinin əlini sıxıb.

Bundan əvvəl, cümə axşamı Cənubi Koreyanın Prezidenti rəsmi qəbul zamanı KXDR-nın nominal başçısı Kim Yon Namın da əlini sıxıb.

Kim Yo Çjon Koreya Əmək partiyası Mərkəzi Komitəsinin təbliğat-təşviqat şöbəsinin rəis müavini postunu tutur və Cənubi Koreyadakı olimpiada oyunlarına gəlmiş KXDR-nın rəsmi nümayəndə heyətinin tərkibinə daxildir.

Şərhlər

Mulat Gəncəli 2018-02-10 01:33:41

Yaxın aylar və ildə (M.Qorbaçovun) 2 Koreyanın birləşmə anonsuna real zəminlər görünür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol