Menu

“Aslan İsmayılovun mitinq keçirməsinə qəsdən şərait yaradılıb” - "İki-iki gəzməyi qadağan edənlər..."

10.02.2018, 01:50
“Aslan İsmayılovun mitinq keçirməsinə qəsdən şərait yaradılıb”  - "İki-iki gəzməyi qadağan edənlər..."

“Necə olur ki, ölkədə iki-iki qəzməyi az qala qadağan edən hakimiyyət, şəhərin ən qələbəlik parkında, Səbael Rayon Məhkəməsinin qarşısında Aslan İsmayılovun mitinqinə icazə verir? Bu suala aydınlıq gətirilməlidir. Polsilərin gözü önündə iqtidarın yüksək vəzifəli məmurlarının, o cümlədən, Ədliyyə naziri Fikrət Məmmədovun, Prezidentin köməkçisi Əli Həsənovun və digərlərinin ciddi tənqidinə və hətta onlara qarşı ittihamların irəli sürülməsinə şərait yaradılır. Görünür, iqtidar daxilindəki bəzi qruplaşma bu təxribatçını qabağa verməklə, rəqiblərinə zərbə vurmaq həvəsinə düşüb”.

"AzPolitika"nın məlumatına görə, bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Orucov hüquqşünas Aslan İsmayılovun fevralın 7-də Səbael Məhkəməsinin qarşısında sərbəst şəkildə bir qrup adamla mitinq keçirməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, sözügedən qanunsuz aksiya və Aslan İsmayılovun ordakı çıxışı hansısa qüvvələr tərəfindən təşkil olunub. Ə.Orucov daha sonra deyib: “Hər kəsə məlumdur ki, A.İsmayılovun müdafiəsinə və çağırışına 5-6 yaxınından başqa heç kim gəlməzdi. Heç özü qorxusundan məhkəməyə gəlməmişdi. Bundan qabakı məhkəmə prosesindən bunu gördük. Lakin biriləri bir qrup insanı məhkəmə binası qarşısına gətizdirərək, şoumen A.İsmayılova dəstək verməklə, nələrəsə nail olmaq istəyir. Şübhəsiz ki, burda təkcə AXCP sədri Əli Kərimli dövrədə deyil. İqtidar daxilində müəyyən qruplar Əli Kərimli ilə birləşərək, rəqiblərini sıradan çıxarmaq və öz məqsədlərinə nail olmağı hədəfləyiblər. Belələri üçün nə İlham Əliyevin nüfuzu və imici, nə də ölkənin taleyi maraqlı deyil. A.İsmayılovun əhalinin istirahət parkında sayıqlamalarına şərait yaradan bəzi məmurlar anlamalıdırlar ki, onların bu kimi fəaliyyəti ümumilikdə Prezidentin özünə və komandasına zərbədir. İkincisi də A.İsmayılovun sucladığı məmurlarla müqayisədə o, çox cılız və miskindir”.

Əli Orucov AXCP sədri Əli Kərimliyə də səslənib: “AMİP-lə və lideri Etibar Məmmədovla hansısa problemi varsa, bunu özü desin, yoxsa A.İsmayılovun dili ilə dedirtməsin”.

Şərhlər

Vüsal yeraz 2018-02-10 01:50:43

Hörmetli eli orucov o ejdaha etibar memmedov niye bu xalqa sahib clxmır men onun fanatıyam ona ejdaha sözü onagöre deyiremki moskvada lefortovakimi türmede o eclaf rusların qabagında sınmadı sag cıxdı vallah o prezdent olsa putin kimilerni agılla yerinde oturdub qarabagı almışdı o cox sert adamdı heyder eliyevle seckiye getdi az qaldı ki heyder eliyevaya qalib gelsin seslerin 46 faizni qazanmışdı cemi 5 ses catmadı

SUAL 2018-02-10 01:50:43

BİR MƏSƏLƏ MƏNƏ QARANLİQ QALDİ, AMİP TƏMSİLCİSİ İQDİDAR NUMAYƏNDƏLƏRİNİ MUDAFİƏ EDƏRƏK ASLAN İSMAYLOVU SUCLAMASİNDA GORƏSƏN OZU KİMƏ XİDMƏT EDİR?

asim 2018-02-10 01:50:43

Ehtibarı mən həmeşə xalqa ..... Bu gündə o öz ampulasındadır.

G.M 2018-02-10 01:50:43

Azərbaycan yeganə ölkələrdəndir ki,abırsız və səbatsız adamlar özlərini ``XALQIN ELÇİSİ`` ..Siyasətçi adlandırmaqdan çəkinmirlər.

məmədqulu 2018-02-10 01:50:43

Azpolitika yorulmadı da A.İsmaylovdan danışmağı.

miri 2018-02-10 01:50:43

Əli müəllim, "iqtidardakı hansı qrupu sıradan cixarmaq"larindan aslı olmayaraq burda bəyənilməyən nə var? Ordaki qrupların (əyər siz deyən kimi varsa?) heç biri o birisindən yaxşı olması mümkünsüzdür.Bunu 25 ildə hamı bildi,sizdə bilsəniz pis olmaz.Etibar məsələsində isə narahatlığınız əbəs yerdədir. Etibar,Rəsul,Sürət,Rəhim artıq siyasət "arxivi"nə çoxdan gedib və reabilitasiyası mümkünsüzdur!

NURəddin 2018-02-10 01:50:43

ÜMİDVARAM Kİ, BU YAZIDAN SONRA ASLAN İSMAYILOV ÖZÜNƏ DAHA ÇOX TƏRƏFDAR TOPLAYACAQ.MÜXAKİF PARTİYADA OLMASINA BAXMAYARAQ İQTİDARI ELƏ TƏRİFLƏYİR Kİ, HEÇ ARVAD ƏRİNİ ELƏ TƏRİFLƏMİR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol