Menu

Ümid və Müsavat partiyası seçkidə iştirak etməyəcək

10.02.2018, 17:01

secki_qutusu12Ümid Partiyasının Ali Məclisi bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buna səbəb partiyanın Nizamnaməsində prezidentliyə namizədin müəyyənləşdirməsinin qurultayın səlahiyyətində olmasıdır: Növbəti qurultayının mayın 28-də keçirilməsi nəzərdə tutulub. Hüquqi baxımdan növbədənkənar qurultayın keçilməsi zaman etibarı ilə qeyri-mümkündür. Ona görə də partiya Ali Məclisi seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib".

Ümid Partiyasının məlumatında, həmçinin, üzvlərinin öz seçimlərində sərbəst olduqları, istədikləri namizədə səs verə biləcəkləri də vurğulanıb.

Bu gün Müsavat Partiyası Məclisi də prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Şərhlər

Orxan sankt- peterburuqli 2018-02-10 17:01:39

Aferin size arif hacılı .....

Seçici 2018-02-10 17:01:39

Müsavat iqtidar yönümlü partiyaya çevrildiyindən burada təəcüb doğuran bir hal yoxdur.Hanı o ağzından od püskürən Arif oğlu,İsa bəy və sair müsavatçı adını daşıyanlar.
Əslində isə namizıədlər içərisində müxaifət yoxdur.YYerdə qalan namizədçiklər isə siyahi dolduraq üçündür.Əslində bir namizəd var ki,o da bülletendən çıxacaq.

Mezeli 2018-02-10 17:01:39

Men müxalifetin yerne olsam yapın acıgna Mehriban xanımı vahid müxalifetin namizeti gösterib o xanımı secerdim ki Əli Əhmedov kimileride görerdiki papaq altda yatan oglanlar varmış .....

Xalq 2018-02-10 17:01:39

Allah bu saxta seckide bizimle olsun min millet qazansınki oktyabrda secki olsun

Qərbi azerbaycanlı 2018-02-10 17:01:39

Ela sevindim allah bizimledir Birleşib bu seckiye yooooooox deyek dualarımız qebul olar insallah

Tahir 2018-02-10 17:01:39

Seçkiyə gedən var ki. Özləri seçir təyin edir. Oyun çıxarırlar

o.b.n 2018-02-10 17:01:39

Ağ bayraq qaldırmaq yok mubarizə aparmaq lazımdır.Gah vəzifənı dondurmq gah da qatılmamaq.Bir dəfəlik deyin YAP-a qulluq edirik.Getməmək buluteni onlara hədiyyə etməkdir.Ölkədə o vakt demokrattik abı-hava olacaq ki onda guclu muhalifət və guclu şəfaf iktidar olacaq.Nə vahta kimi zəif muhalifət ruşvəthor iqtidar var orda inkişaf yalan kağz uzarində olacaq.

Millet 2018-02-10 17:01:39

Cox gözel men bütün siyasi partiyaları şehitlermizin ruhu xetrine birleşib seckiye getmemeye caxrıram .....

Azer 2018-02-10 17:01:39

Çox düzgün addımdır......Bu mübarizədə Allah bizimlədir......

Elvin 2018-02-10 17:01:39

BƏS İSA QƏMBƏR?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol