Menu

"Polşaya deportasiya ediləcəm" - Saakaşvili

11.02.2018, 10:00
"Polşaya deportasiya ediləcəm" - Saakaşvili

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili rəsmi Kiyevin onu Polşaya deportasiya etmək qərarı verdiyini bildirib.

M.Saakaşvili bu barədə “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

“Ukrayna Prokurorluğu məni ölkədən deportasiya etmək üçün ev dustaqlığıma xitam verib. Məlumatıma görə, Ukrayna Miqrasiya Xidməti mənim deportasiya olunmağıma dair sənədlər paketini artıq imzalayıb. Daha doğrusu, söhbət readmissiyadan gedir – Ukraynaya haradan daxil olmuşamsa, həmin ölkəyə qaytarmaq istəyirlər, yəni Polşaya”, - deyə M.Saakaşvili qeyd edib. (apa)

Şərhlər

Veteran 2018-02-11 10:00:58

Agent olmagin melum oldusa gunun qara olacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol