Menu

Bakı-İstanbul-Vyana sərnişin qatarı may aynda ilk səfərinə yola düşəcək

11.02.2018, 11:59
Bakı-İstanbul-Vyana sərnişin qatarı may aynda ilk səfərinə yola düşəcək

Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu üzrə ilk sərnişin qatarı 2018-ci ilin mayında yola düşəcək.

Artıq Azərbaycan Fransanın “Stadler Rail Group Alstom” firmasından 64 sərnişin vaqonu alıb. Gürcüstanın newstbilisi portalının yaydığı məlumata görə, bu vaqonlar Gürcüstan-Türkiyə sərhədindəki Axalkalaki rayonunda qısa bir zamanda yeni xətlərə keçiriləcək.

Yeni vaqonlar yüksək keyfiyyətli, komfortludur. İki nəfərlik kupelərdə kondisioner və Wi-Fi olacaq. Qatarda, həmçinin restoran və bar fəaliyyət göstərəcək. (AzərTAc)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol